Yuxarı
    Bağlamaq

    Fransada yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər - FOTO

    Azərbaycanın Fransadakı diasporunun təşkilatçılığı ilə Parisdə Novruz bayramına həsr edilmiş tədbir təşkil edilib© Report

    Paris. 18 mart. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə və ona ətraf şəhərlərdə yaşayan həmvətənlərimiz Novruz bayramını təntənəli surətdə qeyd ediblər.

    "Report"un Qərbi Avropa bürosu məlumat verir ki, Azərbaycanın Fransadakı diasporunun təşkilatçılığı ilə Parisdə Novruz bayramına həsr edilmiş tədbir təşkil edilib.

    Tədbirdə iştirak edən diaspora nümayəndələrimiz Fransada yaşayan azərbaycanlılar arasında milli adət-ənələriniz qorunmasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıblar. Soydaşlarımız diasporamızın daha da güclənməsinin, daha da fəal omasının və bundan da böyük uğurlar əldə etməsi naminə birləşməsinin vacibliyini vurğulayıblar.

    Tədbirdə çıxış edən həmvətənlərimiz Azərbaycanın sürətlə inkişafını Fransadan izləyərək böyük sevinc hissi yaşadıqlarını və vətənimizin rifahı naminə əzmlə çalışan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə hər zaman dəstək olduqlarını bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi