Əksişəhərdə "Şiir ve Ağıtlarda Hocalı" adlı tədbir keçirilib

Əksişəhərdə "Şiir ve Ağıtlarda Hocalı" adlı tədbir keçirilib Tədbir INDEX və Əksişəhər Azərbaycanlılar Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub
Diaspor
27 Fevral , 2017 19:11
Əksişəhərdə Şiir ve Ağıtlarda Hocalı adlı tədbir keçirilib

Bakı. 27 fevral. REPORT.AZ/ INDEX - Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzinin dəstəyi və Əksişəhər Azərbaycanlılar Dərnəyinin birgə təşkilatçılığı ilə fevralın 26-da Əksişəhərdə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar "Şiir ve Ağıtlarda Hocalı" adlı tədbir keçirilib.

"Report"un xəbərinə görə, Əksişəhər Taşbaşı Mədəniyyət Mərkəzində baş tutan tədbirdə 25 il öncə Xocalıda şəhid olanların xatirəsi ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirilib.

Əksişəhər Azərbaycanlılar Dərnəyi sədrinin müavini Sirac Yaquboğlu Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.

Sonra Azəryar bəy Xocalı soyqırımı qurbanlarının xatirəsinə yazdığı şeiri səsləndirib.

Tədbirin ikinci hissəsində Əksişəhər Azərbaycanlılar Dərnəyinin gənclərindən ibarət qrup Sonay Ruhinin və Veysel Yalçının müşayiəti ilə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini şeirlərlə yad ediblər.

Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın anım tədbirinin bağlanışında çıxış edənlərə təşəkkürünü bildirib. O, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğulayaraq deyib ki, Xocalı həqiqətlərinin dünyaya tanıdılması hər birimizin borcudur.

Son xəbərlər

Orphus sistemi