Yuxarı

Ekspert: "Xaricdə yaşayan azərbaycanlılara yüksək statuslu imtiyazlar veriləcək"

​Ekspert: "Xaricdə yaşayan azərbaycanlılara yüksək statuslu imtiyazlar

"Özünü azərbaycanlı sayan, Azərbaycan SSR-nin və müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmuş, hal-hazırda xarici ölkə vətəndaşı olan həmvətənlərimizə "soydaş vəsiqəsi" veriləcək".

Bunu "Report"a açıqlamasında Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri, diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili deyib.

Onun sözlərinə görə, bununla bağlı qəbul olunacaq qanun layihəsi xarici ölkə vətəndaşı olan, lakin özünü azərbaycanlı sayan hər kəsə şamil olunacaq: "Azərbaycan da dünya təcrübəsindən yararlanaraq özünü azərbaycanlı sayan hər kəsə müxtəlif imtiyazlar verməyi düşünür. Məsələn, soydaş vəsiqəsi veriləcək şəxslər və onların ailələri 90 gün ərzində Azərbaycana vizasız gəlib qala biləcəklər. Həmçinin onlar Azərbaycanın ali məktəblərində dövlət hesabına təhsil ala biləcək. Azərbaycana investisiya qoyan soydaşlarımız da xarici vətəndaşlarla eyni tutulmayacaqlar. Soydaş vəsiqəsindən yararlanan həmvətənlərimiz Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olarlarsa, o zaman onlar əmək miqrantı icazəsinə ehtiyac duymayacaqlar, yəni belə bir icazəni almaqdan azad ediləcəklər".

Qeyd edək ki, hazırda xaricdə yaşayan Azərbaycan əsilli şəxslər üçün yüksək statuslu imtiyazların olduğu qanun layihəsi hazırlanır. Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" qanun layihəsində "soydaş" anlayışı müəyyən edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi