Bakı. 18 sentyabr. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların təsis etdiyi diaspor təşkilatlarına onların elektron və sosial mediada işini gücləndirmək məqsədi ilə informasiya kommunikasiya texnologiyaları sahəsində ödənişsiz texniki dəstək təklif edir.
Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qurum xaricdəki diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dair dəstək göstərəcək.
Bu dəstəyə ehtiyacı olan və ondan yararlanmaq istəyən diaspor təşkilatları
Qeyd edək ki, bütün təşkilatların saytları
Bir daha vurğulayaq ki, diaspor təşkilatlarına təklif edilən bu xidmət tam ödənişsiz həyata keçiriləcək və bütün diaspor təşkilatlarının ondan yararlanması mümkün olacaq.