Yuxarı
    Bağlamaq

    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyəyə gedib

    Dinlə
    © Report/ Elchin Murad — Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

    Bakı. 23 may. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyədə rəsmi səfərdədir. 

    Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, onun səfər çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəyi, Türkiyə dövlət rəsmiləri, diaspor nümayəndələri, həmçinin azərbaycanlı tələbələrlə görüşləri nəzərdə tutulub. 

    Tədbir və görüşlər Türkiyənin Ankara, İstanbul, Əskişəhər, Antalya və Kütahya şəhərlərində baş tutacaq. 

    Səfər mayın 26-da başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi