Yuxarı

Azərbaycanlı diaspor rəhbəri mükafatlandırılıb

Dumanın sədri Ədalət Hüseynovun yerli əhali, hökumət nümayəndələri arasında böyük nüfuza malik olduğunu da vurğulayıb

Bakı. 3 iyun. REPORT.AZ/ Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov Həştərxan vilayəti Dumasının Fəxri Fərmanı ilə təltif edilib. Diaspor rəhbəri millətlərarası sülh və anlaşmanın təmin olunmasında göstərdiyi ictimai fəaliyyətinə, beynəlxalq əməkdaşlığın və Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında dostluğun inkişafına verdiyi töhfələrə görə mükafatlandırılıb. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Həştərxan vilayəti Dumasının sədri Aleksandr Klıkanov mükafatın təqdimat mərasimində Ədalət Hüseynovun Həştərxanla Azərbaycan arasında qarşılıqlı dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsində vacib rolunun olduğunu deyib. Dumanın sədri Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynovun yerli əhali, hökumət nümayəndələri arasında böyük nüfuza malik olduğunu da vurğulayıb.

Eyni zamanda, diaspor rəhbərinin Həştərxanda yaşayan azərbaycanlı gənclər və tələbələr arasında tərbiyəvi işin aparılması istiqamətində müstəsna xidmətləri də xüsusi qeyd edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi