Yuxarı
    Bağlamaq

    Diaspor Komitəsi Türkiyədəki azərbaycanlılarla görüşüb

    İstanbul. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlılarla və türk diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb.

    “Report”un Türkiyə bürosunun məlumatına görə, komitə sədrinin birinci müavini Valeh Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyyəti, işçi qrupunun üzüvləri, Azərbaycanın İstanbulda Baş konsulluğunun nümayəndələri iştirak ediblər. Tədbirdə komitə tərəfində hazırlanan, Türkiyədə aktiv fəaliyyət göstərən azərbaycanlılardan bəhs edən qısa film təqdim olunub. 

    Komitənin Aparat rəhbəri Daşqın Rəcəbli bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, o cümlədən yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsi məqsədi Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyədə yaşanan və fəaliyyət göstərən azərbaycanlılarla sıx əməkdaşlıq edir: “Son vaxtlar komitənin intensiv şəkildə Türkiyədə yaşayan həmvətənlərimizlə görüşlər keçirməsi, illərdir həlli tapmayan və gizli qalan problemləri qaldırıb və bu məsələlərin həllində ciddi yol qət edilib. Bunlardan biri Türkiyədə, xüsusuilə İstanbul şəhərində sənədsiz məskunlaşmış azərbaycanlıların qeydiyyat problemlərdir ki, Dövlət Komitəsi bu problemlərin həlli üçün lazım olan bütün adımları atır və digər dövlət qurumları ilə birgə iş aparır”. Daşqın Rəcəbli bildirib ki, komitənin səyləri nəticəsində yaxın gələcəkdə bu məsələnin tamamilə həllini tapacaq. Valeh Hacıyev isə komitənin son aylar Türkiyədə həyata keçirdiyi layihələrindən danışıb. Türkiyədə 20 minə yaxın azərbaycanlı tələbənin təhsil aldığını deyə V.Hacıyev yeni yaradılmış İstanbul Gənc Azərbaycanlılar Dərnəyinin bu tələbələri bir yerdə toplamaqla, Azərbaycan adına əhəmiyyətli layihələrdə yer almasını təmin etmək və onların qarşılaşdıqlarını problemlərin həlli üçün bütün istiqamətlərdə dəstək verəcəyini bildirib.

    Görüşdə Ankara, İzmir, Eskişəhər, İstanbul başta olmaqla Türkiyənin bir çox şəhərlərində fəaliyyət göstərən dərnək rəhbərləri, müxtəlif sahələrdə elm, təhsil, incəsənət, və s. söz sahibi olan həmvətənlərimiz çıxış edib, fəaliyyətləri, görülən işlər və qarşılaşdıqları problemlər haqqında danışıblar. Dərnək rəhbərləri yeni layihələr və görüləcək işlər barəsində nümayəndə heyyətinə məlumatlar veriblər. Çıxışlarda son aylar mütəmadi olaraq azərbaycanlıları bir yerə toplayan Diasporla İş üzrə Dövlət komitəsinin nümayəndələrinə təşəkkür ünvanlanıb və hər gün daha da güclənən Azərbaycan diasporunun ölkəmizlə bağlı həqiqətlərini bütün dünyaya çatdırılmasında Türkiyədə daha aktiv fəaliyyətinin zəruriliyinə diqqət çəkilib.

    Vüsalə Abbasova

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi