Buxarestdə Novruz bayramı münasibətilə konsert keçirilib

Buxarestdə Novruz bayramı münasibətilə konsert keçirilib Azərbaycanı tədbirdə muğam kvarteti təmsil edib
Diaspor
28 Mart , 2017 03:09
Buxarestdə Novruz bayramı münasibətilə konsert keçirilib

Buxarest. 28 mart. REPORT.AZ/ Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Yunus Əmrə İnstitutunun Buxarest bölməsi, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın Rumıniyada akkreditə olunmuş səfirliklərinin birgə təşkilatçılığı ilə Buxarestdə Novruz konserti keçirilib.

"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Buxarest Milli Operasında təşkil olunan konsertdə TÜRKSOY xalq çalğı alətləri orkestrinə daxil olan müxtəlif ölkələrin sənətçiləri səhnədə yer alıblar.

Orta Asiyanın türkdilli dövlətləri, eləcə də Rusiya Federasiyasındakı türkdilli xalqların nümayəndələri musiqi nömrələri ilə çıxış ediblər. Azərbaycanı təmsil edən muğam kvarteti - gənc xanəndə Babək Quliyev, tarda Ruslan Zərbəliyev, kamançada Şəhriyar Musayev və nağarada Elnur Əliyevin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. TÜRKSOY xalq çalğı alətləri orkestrinin növbəti Novruz konserti Moldovada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi