Yuxarı
    Bağlamaq

    BUAK rəhbəri Odessada azərbaycanlılar və avromaydançılar arasında baş verən qarşıdurmaya aydınlıq gətirib

    Mübahisələri hüquqi yolla həll etmək lazımdır

    Bakı. 4 fevral. REPORT.AZ/ "Mübahisələri güc tətbiq etmədən hüquqi yolla həll etmək lazımdır".

    Bu barədə "Report"a Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev fevralın 2-də Odessada Azərbaycan diasporunun üzvləri və avromaydançılar arasında baş verən münaqişəni şərh edərkən bildirib. 

    Onun sözlərinə görə, "avromaydançılar" və diaspor nümayəndələri arasında anlaşılmazlıq baş verib və onlar bunu təkbətək görüşdə danışıqlar yolu ilə həll etməyə razılaşıblar.

    "Diaspor nümayəndəsi görüşə gəldikdə onu 20-30 "avromaydançı" mühasirəyə alıb. Lakin, bildiyim qədər, azərbaycanlı tək gəlməyib və özü ilə həmvətənlərini də gətirib. Dava başlayıb, həmvətənlərimiz sayca üstün olub. Avromaydançılarda silah da olub, lakin azərbaycanlıların sayını gördükdə, onlar silahdan istifadə etməkdən çəkiniblər", - R.Tağıyev deyib. 

    O, qeyd edib ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndələri şəhərin qubernatoru ilə görüşüblər, hüquq mühafizə orqanları hadisə ilə bağlı məlumatlıdırlar, diaspor nümayəndələri olnlarla sıx əməkdaşlıq edir. Həmçinin Odessa vilayətinin qubernatoru ilə də görüş keçirilib. 

    "Birmənalı olaraq hesab edirəm ki, qarşıdurma düzgün addım deyil. Heç nəyə baxmayaraq, biz hər zaman hamını bu cür məsələləri hüquqi yolla həll etməyə çağırırıq. Bundan əvvəl də qeyd etmişəm və növbəti dəfə də bildirirəm ki, bir qədər əvvəl azərbaycanlılara qarşı törədilən bir sıra cinayətlər milli zəmində baş verməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi