Bakı. 25 Fevral. REPORT.AZ/ Bu gün Brüsseldə bir qrup erməni Azərbaycanın Belçikadakı səfirliyi qarşısında mitinq keçirməyə cəhd edib.
Səfirlikdən "Report"a verilən məlumata görə, onların bu cəhdi Belçika federal polisinin müdaxiləsi nəticəsində baş tutmayıb və mitinqin qarşısı alınıb.
Qeyd edək ki, həmin saatda Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə Brüsseldə yerləşən Avropa Parlamentinin qarşısındakı "Lüksemburq" meydanında aksiya keçirilirmiş.