Britaniyadakı Azərbaycan diaspor təşkilatları Ermənistanın təxribatlarına qarşı etiraz aksiyası keçirib

Britaniyadakı Azərbaycan diaspor təşkilatları Ermənistanın təxribatlarına qarşı etiraz aksiyası keçirib Aksiyada Böyük Britaniyanın Baş naziri Devid Kamerona ünvanlanmış bəyanat səsləndirilib
Diaspor
10 Aprel , 2016 21:20
Britaniyadakı Azərbaycan diaspor təşkilatları Ermənistanın təxribatlarına qarşı etiraz aksiyası keçirib

Bakı. 10 aprel. REPORT.AZ/ Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı və Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının dəstəyi ilə Britaniyanın paytaxtı London şəhərində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələrində mülki əhalini hədəfə alan son hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib.

"Report" xəbər verir ki, aksiyada azərbaycanlı və türk diaspor nümayəndələri ilə yanaşı, Azərbaycanı dəstəkləyən digər ölkələrin də xeyli sayda nümayəndəsi iştirak edib.

Əllərində erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan 300-ə yaxın aksiya iştirakçısı işğalçının cəzalandırılması, azərbaycanlıların soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Rədd olsun erməni terrorizmi!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Sarkisyan terrorçudur”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndiriblər.

Trafalqar meydanında başlayan yürüş Böyük Britaniya Baş nazirinin ofisinin qarşısında mitinqlə davam edib.

Aksiyada Böyük Britaniyanın Baş naziri Devid Kamerona ünvanlanmış bəyanat səsləndirilib.

Jurnalistlərə müsahibə verən AAC-ın direktoru Lionel Zetter son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, təmas xətti yaxınlığında dinc əhalini hədəf alan təxribatçı cəhdlərin törədilməsini pisləyib. Bildirib ki, Ermənistan silahlı qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək, Azərbaycan torpaqlarından qeyri-şərtsiz və dərhal çıxmalıdır.

Son xəbərlər

Orphus sistemi