Yuxarı

Bolqarıstan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

Rosen Plevneliyev mərkəzinin növbəti toplantısını Sofiyada keçirməyi təklif edib

Bakı. 30 iyun. REPORT.AZ/ I Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Bakıya gələn Bolqarıstanın prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rosen Plevneliyev mərkəzin üzvlərini qəbul edib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bolqarıstan prezidenti tarixdə ilk dəfə baş tutan I Avropa Oyunlarının yüksək səviyyədə təşkilini vurğulayaraq bunu Azərbaycan xalqının böyük uğuru kimi qiymətləndirib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Mərkəzin işini yüksək qiymətləndirən R.Plevneliyev xüsusilə bu ilin aprel ayında keçirilən III Qlobal Bakı Forumunun artıq dünyanın siyasi toplantılarından birinə çevrildiyini qeyd edib. 

Bolqarıstan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantısını Sofiyada keçirməyi təklif edib.

Toplantıda I Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Bakıda səfərdə olan mərkəzin üzvləri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Latviyanin sabiq prezidenti Vayra Vike-Frayberqa, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Ukraynanın sabiq prezidenti Viktor Yuşenko, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristova və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşları iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi