BMT-nin Nyu-Yorkdakı mənzil-qərərgahı qarşısında etiraz mitinqi keçirilib

BMT-nin Nyu-Yorkdakı mənzil-qərərgahı qarşısında etiraz mitinqi keçirilib Aksiya son günlər Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlara etiraz məqsədilə təşkil edilib
Diaspor
11 Aprel , 2016 19:47
BMT-nin Nyu-Yorkdakı mənzil-qərərgahı qarşısında etiraz mitinqi keçirilib

Bakı. 11 aprel. REPORT.AZ/ BMT-nin Nyu-Yorkdakı mənzil-qərərgahı qarşısında etiraz mitinqi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutan aksiya son günlər Ermənistan ordusunun cəbhə xəttində törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədilə təşkil edilib.

Xeyli sayda türk və azərbaycanlının iştirak etdiyi mitinqdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağa ədalət!”, “Vətən, biz səninləyik!”, “Ermənistan işğalçıdır!” şüarlarını səsləndirilib. Aksiyada çıxış edənlər 1-5 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, işğalçı Ermənistandan təcavüzkarlıq siyasətindən əl çəkməyi tələb ediblər.

Etiraz aksiyası ilə eyni vaxtda BMT-nin Nyu-Yorkdakı mənzil qərərgahı qarşısında erməni lobbisinin nümayəndələri tərəfindən müdaxiləyə cəhd edilsə də nəticəsiz qalıb və mitinq dinc şəraitdə başa çatıb.   

Son xəbərlər

Orphus sistemi