Yuxarı

Bişkekdə Azərbaycan məktəbinin tikintisinin layihəsi müzakirə edilib

​Bişkekdə Azərbaycan məktəbinin tikintisinin layihəsi müzakirə edilib

Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov və Bişkek meri Əziz Surakmatov arasında keçirilən görüş zamanı Heydər Əliyev adına parkın və orta ümumtəhsil məktəbinin tikintisi layihəsi müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Bişkek meriyasının Mətbuat xidmətindən məlumat verilib.

Ə.Surakmatov bildirib ki, artıq layihə hazırlanıb, razılaşdırılıb və Azərbaycan tərəfinə təhvil verilib. Salınacaq parkın sahəsi 5,5 hektardır.

Azərbaycan həmçinin 550 yerlik ümumtəhsil məktəbi də tikdirəcək. Meriya məktəbin layihələşdirilməsi və inşası müddətində 2,24 hektar ərazidə olan torpaq sahəsini müvəqqəti istifadəyə verib. Memarlıq-planlaşdırma şərtləri, baş plan və memarlıq-inşaat hissəsi işlənib hazırlanıb, topoqrafik tədqiqat aparılıb.

Obyektlərin tikintisi Azərbaycanın vəsaiti hesabına həyata keçiriləcək.

Xatırladaq ki, 2019-cu il martın 7-də Bişkek şəhər meriyası ilə Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi arasında Heydər Əliyev adına parkın və ümumtəhsil məktəbinin inşasına dair əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi