Yuxarı
    Bağlamaq

    Berlində Novruz bayramı münasibətilə tədbir keçirilib

    Tədbirdə Azərbaycanı muğam üçlüyü təmsil edib

    Bakı. 26 mart. REPORT.AZ/ 26 mart 2017-ci ildə Berlin Etnologiya Muzeyində Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın Almaniyadakı səfirliklərinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ənənəvi bayram tədbiri keçirilib.

    "Report" xəbər verir ki, Etnologiya Muzeyinin direktoru Viola Köniq tədbir iştirakçılarını salamlayıb. Etnologiya Muzeyinin Dostları İctimai Birliyinin sədri Folker Hassemer çıxış edərək Novruz bayramının qədim tarixə malik olması və onun geniş coğrafi məkanda qeyd olunması barədə məlumat verib.

    Daha sonra iştirakçı ölkələrdən gəlmiş mədəniyyət nümayəndələri öz proqramları ilə çıxış ediblər.

    Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizi tədbirdə Gülay Zeynallı, Humay Qədimova və Sevinc Qədimovadan ibarət muğam üçlüyü təmsil edib. Üçlüyün “Azərbaycan”, “Şuşanın dağları” və digər bəstəkar və xalq mahnılarından ibarət ifaları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

    Tədbirin aparıcısı qədim tarixə malik olan muğam sənətinin Azərbaycan xalqının həyatında və dünya mədəni irsində özünəməxsus yer tutduğunu vurğulayıb.

    Tədbirdə eyni zamanda iştirakçı ölkələrin milli-mədəni irsi və adət-ənənələrini əks etdirən sərgi nümayiş etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi