Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” ÜAK-la bağlı bəyanat yayıb

Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” ÜAK-la bağlı bəyanat yayıb “Azərbaycan İcmaları Konqresi” ümid edir ki, məsələ ilə bağlı düzgün qərar veriləcək və ÜAK bundan sonra da fəaliyyətini davam etdirəcək
Diaspor
6 Aprel , 2017 14:46
Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” ÜAK-la bağlı bəyanat yayıb

Bakı. 6 aprel. REPORT.AZ/ “Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı yayılan məlumatlara görə narahatlığını bildirir. Belarus azərbaycanlıları hesab edir ki, bunun arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən insanlar və təşkilatlar dayanır”.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.

Uzun illərdir ÜAK-la əməkdaşlıq etdiyini diqqətə çatdıran təşkilat üzvləri qeyd ediblər ki, ÜAK on ildən artıqdı iki qardaş xalq arasında özünəməxsus körpü və xalq diplomatiyası rolunu oynayaraq ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir: “Hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK Rusiyadan kənarda da tanınır. Nəzərə almaq lazımdı ki, diaspor təşkilatları ictimai əsaslarla fəaliyyət göstərir və yaşadıqları ölkələrin ictimaiyyətini Vətəninin milli, mədəni, mənəvi dəyərləri ilə tanış olmasına kömək edir”.

Bəyanatda deyilir ki, Belarusda yaşayan azərbaycanlıların digər ölkələrin diaspor təşkilatları, eləcə də rus icması ilə yaxşı münasibətləri var və birlikdə çox sayda aksiya və tədbirlər keçirir: “Heç nə bizim dost və qardaş münasibətlərimizə xələl gətirə bilməz. “Azərbaycan İcmaları Konqresi” ümid edir ki, məsələ ilə bağlı düzgün qərar veriləcək və ÜAK bundan sonra da fəaliyyətini davam etdirəcək”.

Son xəbərlər

Orphus sistemi