Yuxarı
    Bağlamaq

    BƏƏ-də Azərbaycan icma nümayəndələrinin sayı son illər ərzində iki dəfə artıb

    Birləşmiş Ərəb Əmirliklərində iş üçün gözəl şərait yaradılıb

    Bakı. 20 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan icmasının sayı son illər ərzində iki dəfə artıb. "Report" "Gulf News"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə bildirib. 

    Diplomatın sözlərinə görə, həmyerlilərimiz Fars Körfəzi ərəb ölkələri Əməkdaşlıq Şurasına daxil olan ölkələr arasında Birləşmiş Ərəb Əmirliklərinə daha çox üstünlük verirlər. Bu bir sıra amillərlə, xüsusilə də "iş qurulması üçün gözəl şəraitin yaradılması" ilə bağlıdır.

    "2010-cu ildə icmada təxminən 3,5 min insan var idi. Dörd il ərzində icmanın sayı 7 min nəfərə çatıb", - baş konsul bildirib. 

    Hazırda BƏƏ-də əksər azərbaycanlılar Dubayda cəmləşib və müxtəlif sferalarda, o cümlədən beynəlxalq bank işi, neft və qaz, ticarət və kommersiya sahələrində çalışırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi