Moskvada bağlanan "İnam" məscidi azərbaycanlılardan geri alınmaq şərti ilə istifadəyə verilib

Moskvada bağlanan "İnam" məscidi azərbaycanlılardan geri alınmaq şərti ilə istifadəyə verilib Moskva. 25 yanvar. REPORT.AZ/ Rusiyada azərbaycanlılar tərəfindən icarəyə götürülmüş Moskvanın Otradnıy rayonunda yerləşən və bu yaxınlarda sahibi tərəfindən bağlanan İnam məscidi həmyerlilərimizdən birdəfəlik geri alınmaq şərti ilə istifadəyə verilib.
Diaspor
25 Yanvar , 2019 17:16
Moskvada bağlanan İnam məscidi azərbaycanlılardan geri alınmaq şərti ilə istifadəyə verilib

Moskva. 25 yanvar. REPORT.AZ/ Rusiyada azərbaycanlılar tərəfindən icarəyə götürülmüş Moskvanın Otradnıy rayonunda yerləşən və bu yaxınlarda sahibi tərəfindən bağlanan "İnam" məscidi həmyerlilərimizdən birdəfəlik geri alınmaq şərti ilə istifadəyə verilib.

“Report”un Moskva bürosunun məlumatına görə, bir neçə gündür texniki səbəblərə görə bağlı olan məscid artıq azərbaycanlıların məscidi kimi yox, ümumi məscid olaraq bu gün fəaliyyətini bərpa edib.

Qeyd edək ki, “İnam” məscidi Bakının eks-prokuroru Məmməd Quliyev və eks-prezident Ayaz Mütəllibovun təşəbbüsü ilə tikilib. Onlara bu işdə hər ikisinin ortaq dostu olan Orta Asiyadan olan iş adamı Rəşid Bəyazidov yardım edib. R.Bəyazidov məscid tikilişinə öz ərazilərindən birində şərait yaradıb. Hazırda məscid R.Bəyazidovun şəxsi əmlakıdır.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi