Yuxarı
    Bağlamaq

    ​Azərbaycanlılar İsveçdə Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər

    Aksiya iştirakçıları Xocalı soyqırımı günahkarlarının beynəlxalq məhkəməyə verilməsi tələbini irəli sürüblər

    Bakı. 21 fevral. REPORT.AZ/ İsveç Azərbaycanlıları Konqresinin üzvləri Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Ermənistanın bu ölkədəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

    "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya İsveç cəmiyyətini 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdiyi qətliam barədə məlumatlandırmaq məqsədilə təşkil olunub.

    İştirakçılar bu soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və onu törədən şəxslərin beynəlxalq məhkəməyə verilməsi tələbini irəli sürüblər. Əllərində Ermənistanın cinayətkar rəhbərliyini və bu dövlətin işğalçılıq siyasətini pisləyən şüarlar yazılmış plakatlar tutan aksiya iştirakçıları şəhər sakinlərinə Xocalı soyqırımına dair məlumatların yer aldığı vərəqələr paylayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi