Yuxarı
    Bağlamaq

    Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

    Festival “Avropa Gənclər Evi”nin təşkilatçılığı ilə keçirilib

    Bakı. 3 oktyabr. REPORT.AZ/ Polşanın paytaxtı Varşava şəhərində “Varşava mozaikası” adı altında beynəlxalq mədəniyyət festivalı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycanı Polşada Azərbaycanlı Gənclər Şurası təmsil edib. Festival zamanı qonaqlara Azərbaycanın milli yeməkləri, ləziz şirniyyatları və istehsalı olan şirələr təklif edilib.

    Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd bildirib ki, festivalda Azərbaycanın mədəniyyəti, incəsənəti, turizmini özündə əks etdirən jurnallar və bukletlər də paylanılıb. Polşada yaşayan azərbaycanlıların ifasında canlı musiqi və milli rəqslər alqışlarla qarşılanıb. Bundan başqa, Azərbaycan haqqında məlumat stendi qurulub. Təşkilatın rəhbərlərindən olan Rəsul Məmmədov festivala gələn yerli media nümayəndələrinə Azərbaycan haqqında geniş məlumat verib.

    “Avropa Gənclər Evi”nin təşkilatçılığı ilə keçirilən “Varşava mozaikası” adlı beynəlxalq mədəniyyət festivalında Polşa, Azərbaycan, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan və Moldova təmsil olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi