Azərbaycanlı alim Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Azərbaycanlı alim Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü seçilib Hüquq elmləri doktoru Arif Quliyev Ukraynadakı Azərbaycan diasporunun fəallarından biridir
Diaspor
13 May , 2015 16:25
Azərbaycanlı alim Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycanlı alim Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda qeyd olunub ki, Ukraynadakı Azərbaycan diasporunun fəallarından biri, Ukrayna Milli Aviasiya Universitetinin (MAU) Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, "Azərbaycançılıq İnstitutu" beynəlxalq ictimai təşkilatının həmtəsisçisi Arif Cəmil oğlu Quliyev Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

A.Quliyev təhsil sahəsinin inkişafına verdiyi böyük töhfəsinə, sanballı əmək nailiyyətlərinə və yüksək peşəkarlığına görə "Ukraynanın əməkdar təhsil işçisi" fəxri adına da layiq görülüb.

Qeyd edək ki, hüquq elmləri doktoru Arif Quliyevin Azərbaycanın dövlət, habelə diplomatiya xidməti, o cümlədən Ukraynanın elm və tədris sahəsində çox böyük təcrübəsi var. O, terrorizmə qarşı mübarizənin beynəlxalq hüquqi tənzimi mexanizmlərinin və prezidentlik təsisatının kompleks tədqiqi, terrorizmə qarşı mübarizədə prezidentlik təsisatının fəallaşdırılması modellərinin milli xüsusiyyətlərinin və səciyyəvi cəhətlərinin araşdırılması, milli qanunvericilikdə beynəlxalq antiterror normalarının həyata keçirilməsi sahəsində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi mövzusunda bir sıra elmi əsərlərin müəllifidir. 

Son xəbərlər

Orphus sistemi