Azərbaycan əsilli Türkiyə vətəndaşı CHP-dən millət vəkilliyinə namizəd olub

Azərbaycan əsilli Türkiyə vətəndaşı CHP-dən millət vəkilliyinə namizəd olub Bakı. 14 may. REPORT.AZ/ Güney Azərbaycan əsilli Türkiyə vətəndaşı Cemal Mehmethanoğlu müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından millət vəkilliyinə namizədliyini irəli sürüb.
Diaspor
14 May , 2018 11:35
Azərbaycan əsilli Türkiyə vətəndaşı CHP-dən millət vəkilliyinə namizəd olub
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Güney Azərbaycan əsilli Türkiyə vətəndaşı Cemal Mehmethanoğlu müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından millət vəkilliyinə namizədliyini irəli sürüb. 

O, "Report"a açıqlamasında deyib ki, Türkiyədə yaşayan 3 milyondan çox Azərbaycan türkünün səsini qazanaraq, millət vəkili seçilmək istəyir.

C.Mehmethanoğlu vurğulayıb ki, Azərbaycan türkləri Türkiyənin əsl vətəndaşlarıdır: "Sayı 50 milyondan çox Azərbhaycan türklərinin diaspor təşkilatları ilə əlaqələrim var. Partiyamızın Azərbaycan türkləri ilə əlaqəsinin zəif oldğunu görürəm. Çoxu müasir, dünyəvi, demokrat düşüncəli olan Azərbaycan türkləri ilə CHP arasında münasibətlərin daha da güclənməsi üçün millət vəkili ollmaq istəyirəm.

Həyatımın son 10 ilində İrandakı Azərbaycan türklərinin sülhsevər, azadlıq və demokratiya uğrunda mübarizəsini müdafiə etmişəm. Bu mübarizənin Türkiyə və dünyada tanınması üçün fəaliyyət göstərmişəm. Millət vəkili olaramsa, bu sahədə fəaliyytim daha uğurlu olacağını düşünürəm”.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi