Azərbaycan diasporunun ölkələrarası münasibətlərdəki rolu "Dnepr-2017" forumunda nümunə çəkilib

Azərbaycan diasporunun ölkələrarası münasibətlərdəki rolu "Dnepr-2017" forumunda nümunə çəkilib "Azərbaycandan Ukraynayaya olduğu kimi, Ukraynadan da Azərbaycana artıq böyük investisiyalar cəlb olunub"
Diaspor
28 Avqust , 2017 19:00
Azərbaycan diasporunun ölkələrarası münasibətlərdəki rolu Dnepr-2017 forumunda nümunə çəkilib

Bakı. 28 avqust. REPORT.AZ/ Ukraynanın Dnepr şəhərində "Dnepr-2017" Ukrayna Diaspor Gəncləri Forumu çərçivəsində Ümumdünya Ukrayna Gənclər Təşkilatları Konqresinin (ÜUGTK) illik toplantısı keçirilib. 

""Report"un məlumatına görə, toplantıda Ukraynanın gənclər ictimai təşkilatlarının liderləri və rəhbərləri iştirak edib.

Fəxri qonaqlar arasında Ukraynanın gənclər və idman naziri İqor Jdanov, Dnepr şəhərinin meri Boris Filatov, Ali Radanın deputatı Oleq Barna, Ukrayna Millətlər Assambleyasının sədri, Avropa Azərbaycanlıları Konqresinin sədr müavini Rövşən Tağıyev, Dnepropetrovsk Vilayət Radasının sədri Qleb Prıqunov olub. Tədbirin məqsədi Ukrayna diaspor gənclər və ictimai təşkilalatlarının rəhbərləri arasında kommunikasiyanın yaradılması, Ukraynaya dəstək və yardım üçün onların qlobal Ukraynaçılıq ideyası ətrafında birləşməsi, eləcə də beynəlxalq diaspor strukturlarının inkişafı, gənclərlə, sahibkarlarla, Ukraynanın ictimai və mədəni xadimləriylə mövcud əlaqələrin gücləndirilməsi və yeni münasibətlərin yaradılmasıdır.

2015-ci ildə Odessada Foruma baş tərəfdaş olan Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev Forum çərçivəsində panellərdən birinə sədrlik edərkən Millətlər Assembleyası adından dünyada yaşayan ukraynalılara yalnız mədəniyyət sahəsində yox, həm də siyasi və iqtisadi sferada aktiv olmağa çağırıb. R.Tağıyev həmçinin investisiyaların cəlb dilməsi məsələlərinə toxunaraq Azərbaycan və Ukrayna arasında investorların fəaliyyətinin intensivləşdirilməsindən danışıb: "Azərbaycandan Ukraynayaya olduğu kimi, Ukraynadan da Azərbaycana artıq böyük investisiyalar cəlb olunub. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi bu məsələdə fəal iştirak edir. Diaspor təşkilatı kimi, “Antonov” zavodu (Ukrayna) ilə "Silk Way" (Azərbaycan) arasında 10 təyyarənin tədarükü ilə bağlı bağlanan müqavilədə, “Mtor Siç” şirkətinin Azərbaycanla əlaqələrinin yaradılmasında, eyni zamanda inşaat, kənd təsərrüfatı sahələri üzrə Azərbaycan və Ukrayna arasında qarşılıqlı investisya layihələrində yaxından iştirak etmişik. Ölkə xaricində yaşayan ukraynalılar da analoji missiyanı həyata keçirməlidirlər".

Ardından Forum iştirakçıları Azərbaycan və Ukrayna arasında investisiya mübadiləsini diaspor fəaliyyəti misalında nümunə çəkiblər.

Son xəbərlər

Orphus sistemi