Yuxarı
    Bağlamaq

    Azərbaycanın diaspor təşkilatları Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən bəyanat yayıblar

    Bəyanat insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara ünvanlanıb

    Tovuz. 6 iyul. REPORT.AZ/ Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD), Eskişəhər Azərbaycanlılar Dərnəyi (ESAZDER), Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi, Yaponiyada fəaliyyət göstərən Azərbaycan - Yaponiya Dostluq Mərkəzi, Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən bəyanat yayıblar.

    Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı qətlə yetirilməsini pisləyən etiraz bəyanatları insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara ünvanlanıb.

    “Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Dünya ictimaiyyəti atəşkəs dövründə baş verən təxribatların, hücumların və mülkü şəxslərin qətlə yetirilməsinə lazımi reaksiya versinlər, bütün bu ədalətsizliklərə seyrçi qalmasınlar” - bəyanatda qeyd olunur.

    Bəyanatda, həmçinin, 1992-ci ildə baş verən Xocalı soyqırımının birbaşa icraçısı olan Ermənistanın indiki prezidenti Sarkisyanın Azərbaycan xalqına dünyanın gözləri qarşısında eyni soyqırımı siyasətini davam etdirdiyi diqqətə çatdırılır. Sonda isə qeyd olunur ki, bu hadisənin baş verməsi bir daha Ermənistan bölgədə sabitlik və əmin-amanlığa ciddi təhlükə və münaqişənin dinc yolla nizamlanması proseslərinə maneə olduğunu göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi