Yuxarı

Dövlət Komitəsi “Azərbaycan Diaspor Könüllüləri” proqramına start verib

​“Azərbaycan Diaspor Könüllüləri” proqramına start verilib

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) “Diaspor könüllüləri” adlı yeni proqramın icrasına başlayıb.

Dövlət Komitəsindən "Report"a bildirilib ki, proqram çərçivəsində diaspor könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər seçiləcək.

Proqramda iştirak arzusunda olanlar aprelin 10-dək Dövlət Komitəsinin rəsmi internet saytında (http://diaspor.gov.az/volunteers/) yerləşdirilmiş müvafiq formanı doldurmalıdırlar.

Müraciət edənlər arasından seçilmiş “Azərbaycan Diaspor Könüllüləri” 2 ay müddətində Dövlət Komitəsində Könüllülük proqramı keçəcəklər. Proqramın ilk iki həftəsi gənclərə könüllülük fəaliyyəti, diaspor, Azərbaycan diaspor hərəkatı haqqında ümumi məlumatlar veriləcək. Növbəti həftələrdə isə proqram ayrı-ayrı qruplar şəklində müvafiq struktur şöbələrində davam etdiriləcək. Proqramda tam iştirak etmiş gənclər Dövlət Komitəsinin sertifikatını alacaqlar.

Könüllülərin diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkilində, yerli və beynəlxalq layihələrdə, diaspor gənclərinin müxtəlif ölkələrdə keçirdiyi tədbirlərdə və uyğun maarifləndirici aksiyalarda iştirak etməsi nəzərdə tutulur.

Əlaqələndirici şəxs Azərbaycan Diaspor Könüllüləri ilə iş üzrə koordinator Bəxtiyar Rəhimovdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi