Yuxarı
    Bağlamaq

    Azay Quliyev: "Rusiya və Azərbaycanın ictimai təşkilatları arasındakı əməkdaşlığın səviyyəsi bizi qane etmir"

    Polad Bülbüloğlu: Dünyada ölkələrimiz arasında qarşıdurma yaratmaq, əlaqələrimizi pozmaq istəyən çoxsaylı qüvvələr var© Report

    Moskva. 30 noyabr. REPORT.AZ/ "Rusiya və Azərbaycanın ictimai təşkilatları arasındakı əməkdaşlığın hazırkı səviyyəsi bizi qane etmir. Bunu iki ölkə prezidentləri, hökumətləri və parlamentariləri arasında mövcud olan əməkdaşlıq səviyyəsinə yüksəlmək lazımdır. Bu baxımdan, bu görüşə böyük əhəmiyyət veririk və məhsuldar əməkdaşlığa ümid edirik".

    "Report"un Rusiya bürosunun məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Rusiya Federasiyasının İctimai Palatasının nümayəndələri ilə görüşdə deyib.

    O qeyd edib ki, bu gün Rusiyada müxtəlif qeyri-hökumət və ictimai təşkilatlarda birləşən çox sayda azərbaycanlı var.

    "Bu təşkilatlarla bağlı bizdə ümumi maraq doğuran, aktual məsələlər var. Bundan başqa, Rusiyada, təxminən, 15 min azərbaycanlı tələbə təhsil alır. Bizim üçün bu, ölkələr arasında əməkdaşlığın mühüm istiqamətidir", - A.Quliyev əlavə edib.

    Öz növbəsində, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iki ölkənin ictimai strukturları arasında qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb.

    "Dünyada ölkələrimiz arasında qarşıdurma yaratmaq, əlaqələrimizi pozmaq istəyən çoxsaylı qüvvələr var. Buna görə də səylərimizi birləşdirməliyik", - səfir bildirib.

    Görüşün yekununda dörd - gənclər və tələbələr arasında əməkdaşlıq üzrə; təhsil və mədəniyyət üzrə; ictimai təşkilatların iş üzrə və birgə tədbirlərin və təcrübə mübadiləsinin təşkil edilməsi üzrə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

    İşçi qrupları birgə Memorandumun imzalanmasına hazırlıq işlərini davam etdirəcəklər.

    Rusiya İctimai Palatasının rəhbərliyi Azərbaycana səfərə dəvət olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi