Argentinanın paytaxtı Buenos Ayresdə Novruz bayramı qeyd olunub

Argentinanın paytaxtı Buenos Ayresdə Novruz bayramı qeyd olunub Novruz adətlərindən bəziləri qonaqlara əyani nümayiş olunub
Diaspor
29 Mart , 2017 23:07
Argentinanın paytaxtı Buenos Ayresdə Novruz bayramı qeyd olunub

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanın Argentinadakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Argentina parlamentinin üzvləri, digər dövlət qurumlarının rəsmiləri, Argentinada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanşünaslıq kafedrasının fəaliyyət göstərdiyi La Plata Dövlət Universitetinin müəllim-tələbə heyəti, “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri və iştirakçıları, Argentina İslam Mərkəzinin, Argentinadakı yəhudi təşkilatlarının əməkdaşları, mətbuat nümayəndələri, habelə ictimaiyyətin digər təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edən səfir Rəşad Aslanov Novruz bayramı barədə məlumat verib. Səfir qeyd edib ki, Azərbaycan xalqı üçün əziz bayramlardan biri olan, birlik və mehribanlığı əks etdirən Novruz hər il mart ayında ölkəmizdə təntənə ilə qeyd olunur. R.Aslanov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə hər il təşkil olunan bayram şənliklərində şəxsən iştirakı Azərbaycanda dövlət və hökumət səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xüsusi önəm verildiyinin bariz nümunəsidir.

Daha sonra Novruz bayramı haqqında ispan dilində film göstərilib, Novruz adətlərindən bəziləri qonaqlara əyani nümayiş olunub.

Tədbirdə həmçinin Azərbaycan milli mətbəxi nümunələri və milli geyimlərimiz təqdim olunub.

Son xəbərlər

Orphus sistemi