Yuxarı

​Amerikalı siyasətçi Maykl Morqulis Kiyevdə Azərbaycan diasporunun nümayəndəsi ilə görüşüb

​Amerikalı siyasətçi Maykl Morqulis Kiyevdə Azərbaycan diasporunun nümayəndəsi ilə görüşüb
Maykl Morqulis ölkənin hazırkı durumunda etnosların rolu ilə maraqlanıb

Bakı. 27 iyun. REPORT.AZ/ ABŞ siyasətçisi və alimi Maykl Morqulis Kiyevdə Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevlə görüşüb.

BUAK-dan “Report”a verilən məlumata görə, görüşdə amerikalı siyasətçi Ukraynada etnik münasibətləri, azsaylı xalqların ictimai-siyasi həyatda rolu və ölkənin hazırkı durumunda etnosların rolu ilə maraqlanıb.

R.Tağıyev M.Morqulisi rəhbəri olduğu Millətlər Assambleyası tərəfindən ölkə rəhbərliyinə və qanunverici orqanına hazırladıqları təkliflərlə tanış edib. Təkliflərin ölkənin etnik xalqların Ukrayna siyasi və qanunverici dairələrində təmsilçiliyindən, verəcəyi töhfədən ibarət olduğunu izah edən Assambleya rəhbəri amerikalı tərəfdaşları ilə birgə fəaliyyətə dəvət edib. M.Morqulis bunu yüksək dəyərləndirərək təqdim olunan layihələrin onlar üçün maraqlı olduğunu və bunu Ukrayna rəhbərliyi ilə birgə müzakirə etməyin zəruri olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi