Almaniyanın Hannover şəhərində erməni təxribatına qarşı aksiya keçiriləcək

Almaniyanın Hannover şəhərində erməni təxribatına qarşı aksiya keçiriləcək Ermənistanın işğalçılıq və soyqırımı siyasəti barədə hadisə dünya birliyinin diqqətinə çatdırılacaq
Diaspor
7 İyul , 2017 13:36
Almaniyanın Hannover şəhərində erməni təxribatına qarşı aksiya keçiriləcək

Bakı. 7 iyul. REPORT.AZ/ Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə sabah saat 16:00-dən 18:00-dək Hannover şəhərində erməni terroruna qarşı etiraz aksiyası keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Dostluq Cəmiyyəti Hannoverdə, eləcə də yaxın şəhərlərdə yaşayan soydaşlarımızdan Azərbaycanın haqq səsinin dünyaya duyurmaq üçün aksiyaya qoşulmağa və fəallıq nümayiş etdirməyə çağırıb: “Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi vəhşilik, insanlığa sığmayan bir faciə, hamımızı çox təsirləndirdi, ürəyimizdə silinməz yaralar buraxdı. Bütün dünya üzrə fəaliyyət göstərən çoxsaylı Azərbaycan diaspor təşkilatları kimi AFR-in Aşağı Saksoniya vilayətindəki Azərbaycan diasporu da baş vermiş son hadisələrlə bağlı etiraz aksiyası keçirməyə qərar verib. Xahiş edirik hamımız bir nəfər kimi bu akisyada iştirak edək, öz etiraz səsimizi ucaldaq və alman ictimaiyyətinə çatdıraq! Hamılıqla mitinqə! Biz Səni də gözləyirik! Güc birlikdədir!”

Etiraz aksiyasında “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək, Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi barədə hadisə dünya birliyinin diqqətinə çatdırılacaq. 

Son xəbərlər

Orphus sistemi