Ali Radanın deputatı: "Ukraynadakı Azərbaycan diasporu fəaldır"

Ali Radanın deputatı: "Ukraynadakı Azərbaycan diasporu fəaldır" "Ukraynada yaşayan azərbaycanlılar ölkənin şərqindəki separatçıları dəstəkləmir"
Diaspor
19 Yanvar , 2015 17:00
Ali Radanın deputatı: Ukraynadakı Azərbaycan diasporu fəaldır

Bakı. 19 yanvar. REPORT.AZ/ "Ukraynadakı Azərbaycan diasporunun işi ümumilikdə yaxşıdır, lakin hər zaman nələrisə yaxşılaşdırmaq lazım gəlir".

Bu barədə "Report"a Ukrayna Ali Radasının deputatı, Gömrük və Vergi Siyasəti üzrə Komitənin sədri Roman Nəsirov bildirib.

Deputat diasporun işinin yaxşılaşacağına dair ümidvar olduğunu bildirib: "Diasporun daxilində təşəbbüslərin olması çox yaxşıdır. Diaspor fəaldır, onun fəaliyyəti pozitivdir". 

Ukraynadakı Azərbaycan diasporu rəhbəri, Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyevin işi haqqında danışan deputat bildirib ki, onun rəhbərlik etdiyi Assambleya yalnız bir xalqın deyil, Ukrayna ərazisində yaşayan bütün xalqların birləşdirilməsi üzrə pozitiv tendensiyaya malikdir: "Bu çox mühüm və zəruri fəaliyyətdir", - deputat əlavə edib. 

R.Nəsirov həmçinin ukraynalıların azərbaycanlılara münasibəti məsələsinə toxunub: "Мənim fikrimcə, onlara çox yaxşı və müsbət münasibət bəsləyirlər. Radikal təbəqələr tərəfindən hər zaman xoşagəlməz hallar olur, lakin ümumilikdə Ukrayna xalqı azərbaycanlılara yaxşı münasibət bəsləyir".

Ukraynada azərbaycanlı iş adamının döyülməsinə münasibət bildirən R.Nəsirov deyir ki, bu hadisələr milli zəmində baş verməyib: "Fikrimcə, burada daha çox iş amili mövcuddur".

Deputat həmçinin Ukraynanın şərqindəki münaqişələrə toxunub və qeyd edib ki, Ukraynada yaşayan azərbaycanlılar ölkənin şərqindəki separatçıları dəstəkləmir.

Son xəbərlər

Orphus sistemi