ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Helsinki Komissiyasındakı dinləmələrə etiraz ediblər

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Helsinki Komissiyasındakı dinləmələrə etiraz ediblər Bakı. 21 may. REPORT.AZ/ Amerika Azərbaycan Mədəniyyət Assosiasiyası, Nyu-Yorkda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası, Azərbaycan Amerika Qadınlar Assosiasiyası, Azərbaycan Nyu-York Assosiasiyası, Nyu York Mədəniyyət Mərkəzi, Bakı Bruklin Dostluq Assosiasiyası, Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi, AZZEM Beynəlxalq Fondu, “My Way İnkişaf mərkəzi ABŞ Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələrə dair etiraz bəyanatları yayıblar.
Diaspor
21 May , 2018 15:41
ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Helsinki Komissiyasındakı dinləmələrə etiraz ediblər
Report
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Amerika Azərbaycan Mədəniyyət Assosiasiyası, Nyu-Yorkda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası, Azərbaycan Amerika Qadınlar Assosiasiyası, Azərbaycan Nyu-York Assosiasiyası, Nyu York Mədəniyyət Mərkəzi, Bakı Bruklin Dostluq Assosiasiyası, Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi, AZZEM Beynəlxalq Fondu, “My Way" İnkişaf mərkəzi ABŞ Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələrə dair etiraz bəyanatları yayıblar. 

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, bəyanatlarda bildirilib ki, Azərbaycan müstəqil və çoxvektorlu xarici siyasət yürüdür və atdığı addımları hər hansı fövqəldövlətin marağına görə deyil, məhz öz milli maraqlarına görə müəyyənləşdirir. 

Qeyd olunub ki, Azərbaycanın müasir xarici siyasətinin təhlili onu deməyə əsas verir ki, ölkə beynəlxalq sistemin bütün aktorları ilə münasibətlərini daha çox ikitərəfli formatda qurmaqda və inkişaf etdirməkdə, balans siyasətinə üstünlük verməkdə maraqlıdır: "Azərbaycan ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurur və tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb edir. Biz Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında mövcud olan uzunmüddətli strateji əlaqələri yüksək qiymətləndiririk. 

Xatırladırıq ki, Azərbaycan 11 sentyabr faciəsindən sonra terrorizmə qarşı mübarizə apararaq ABŞ-ı dəstəkləyən ilk dövlətlərdən biri olub.

Düşünürük ki, ABŞ Hökumətinin etibarlı tərəfdaşı olan Azərbaycan ilə mühüm ikitərəfli əlaqələrə zərər verə biləcək istənilən seçici yanaşmanın qarşısını almaq üçün əlimizdən gələni etməliyik".

Son xəbərlər

Orphus sistemi