Yuxarı
    Bağlamaq

    ABŞ-da yaşayan azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında aksiya keçirib - FOTO

    Aksiyanın sonunda iştirakçılar tərəfindən qəbul olunmuş bəyanat oxunub

    Bakı. 4 aprel. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində yaşayan Güney və Quzeydən olan azərbaycanlıların bir qrupu Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

    "Report"un xəbərinə görə, bu barədə aksiyanın təşkilatçılarından olan İkram Cəlil məlumat verib. Məlumata görə, Ermənistan silahlı qüvvələrinin son günlər cəbhə xəttində törətdiyi təxribatlara etiraz edən aksiyaçılar işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, Ermənistan rəhbərliyindən terrorçu-təxribatçı siyasətə son qoymasını tələb ediblər. Aksiyanın sonunda iştirakçılar tərəfindən qəbul olunmuş bəyanat oxunub və sənədin bir nüsxəsi işğalçı ölkənin səfirliyinə verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi