Yuxarı

12 yaşlı azərbaycanlı məşhur müğənni ilə eyni səhnəni bölüşüb

Aylin Cabbarlının çıxışı maraqla qarşılanıb

Bakı. 8 dekabr. REPORT.AZ/  Finlandiyada yaşayan 12 yaşlı azərbaycanlı Aylin Cabbarlı populyar fin-pop müğənnisi Diandra Floreslə eyni səhnəni bölüşüb. Diasporlarla İş üzrə dövlət Komitəsindən "Report"a verilən xəbərə görə  gənc sənətçi artıq ikinci dəfədir ki, Aylin Cabbarlını öz konsertinə dəvət edir. Birincisi Finlandiyanın Vanta, ikincisi isə Numella şəhərində keçirilən və mindən çox tamaşaçının iştirak etdiyi konsertlərdə Aylin Cabbarlının çıxışı maraqla qarşılanıb. Aylin Cabbarlı həmyaşıdları ilə birgə konsertdə iki mahnı ifa edib. Konsertin sonunda tamaşaçılar Diandra Floreslə yanaşı, Aylin Cabbarlıdan da imza istəyib. Diandra Flores yaxın gələcək üçün nəzərdə tutulan konsertlərində Aylinlə birgə çıxış edəcəyinə söz verib.

Aylin Cabbarlının ailəsi 10 ildən çoxdur ki, Finlandiyanın Espoo şəhərində yaşayır. Musiqi dərslərini anası Ülviyyə Cabbarlıdan alan Aylin AzərTurk Gənclər Təşkilatının nəzdindəki musiqi qrupunun üzvüdür. Bu ilin oktyabrında Finlandiyada keçirilən “Uşaqların səsi” musiqi yarışmasına qatılan Aylin Cabbarlı yarımfinaladək uğurla çıxış edib. Balaca Aylin musiqi müsabiqəsinin münsiflər heyətində olan Diandra Floresin komandasında yarışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi