Şimali İrlandiya yığmasının hücumçusu Azərbaycanla matçı "Böyük oyun" adlandırıb

Şimali İrlandiya yığmasının hücumçusu Azərbaycanla matçı "Böyük oyun" adlandırıb "Ədalətli olsaq, qrupda ikinci yer bizim üçün əla nəticə olardı"
Futbol
28 Mart , 2017 10:31
Şimali İrlandiya yığmasının hücumçusu Azərbaycanla matçı Böyük oyun adlandırıb

Bakı. 28 mart. REPORT.AZ/ "Azərbaycanla matç böyük, Çexiya ilə öz meydanımızdakı görüş isə həqiqətən də inanılmaz oyun olacaq".

"Report"un məlumatına görə, bunu Şimali İrlandiya yığmasının futbolçusu Konor Ceyms Vaşinqton 2018-ci il dünya çempionatının seçmə mərhələsində yer aldıqları C qrupunda komandasının şanslarını dəyərləndirərkən deyib. 25 yaşlı hücumçu qrupda 2-ci yeri tuta biləcəklərinə tam əmin olduqlarını bildirib: "Ədalətli olsaq, qrupda ikinci yer bizim üçün əla nəticə olardı. Çünki komandadaxili ab-hava yüksək səviyyədədir. Bütün futbolçular birgə olmaqdan zövq alırlar. Bu komandada və doğma azarkeşlər qarşısında oynamaq həqiqətən də xoşdur".

Qeyd edək ki, İngiltərə Çempionşipində çıxış edən "Kuinz Park Reyncers" klubunun futbolçusu Konor Vaşinqton martın 26-da Norveçi 2:0 hesabı ilə yendikləri DÇ-2018-in seçmə qrup matçının 33-cü dəqiqəsində fərqlənib. O, ikinci qolun müəllifi olub. Şimali İrlandiya Azərbaycan yığması ilə iyunun 10-da Bakıda, Çexiya ilə sentyabrın 4-də Belfastda qarşılaşacaq. 5 turdan sonra C qrupunda Şimali İrlandiya 10 xalla 2-ci, Çexiya 8 xalla 3-cü, Azərbaycan 7 xalla 4-cüdür. Qrupa 15 xala malik Almaniya başçılıq edir. 

Son xəbərlər

Orphus sistemi