San Marino milli komandasının Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb

San Marino milli komandasının Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb Baş məşqçi Pyer Anjeli Manzaroli 21 futbolçuya dəvət göndərib
Futbol
10 Avqust , 2017 13:52
San Marino milli komandasının Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Futbol üzrə San Marino milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya və Azərbaycan yığmalarına qarşı keçirəcəyi oyunlara hazırlıq üçün heyəti açıqlanıb.

“Report”un məlumatına görə, baş məşqçi Pyer Anjeli Manzaroli bu gün start götürən təlim-məşq toplanışı üçün 21 futbolçuya dəvət göndərib.

Qapıçılar: Cakomo Muraccini, Mattia Manzaroli

Müdafiəçilər: Covanni Bonini, Marko Berardi, David Sezarini, Kristian Brolli, Fabio Vitaoli, Mikele Kevoli, Andrea Qrandoni

Yarımmüdafiəçilər: Maikol Berretti, Pietro Kalzolari, Luka Çeççaroli, Luka Kensoni, Mikele Kervellini, Alessandro Golinucci, Adolfo Xose Hirş, Tommaso Zafferani, Andrea Zavoli

Hücumçular: Marko Berardi, Danilo Rinaldi, Mattia Stefanelli

Qeyd edək ki, sentyabrın 1-də Şimali İrlandiyanı qəbul edəcək San Marino, üç gün sonra Azərbaycan yığmasının qonağı olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi