Rusiyada keçirilmiş Konfederasiyalar Kubokunun ən gözəl qolu müəyyənləşib

Rusiyada keçirilmiş Konfederasiyalar Kubokunun ən gözəl qolu müəyyənləşib İlk 2 pilləni meksikalılar tutub
Futbol
10 İyul , 2017 18:05
Rusiyada keçirilmiş Konfederasiyalar Kubokunun ən gözəl qolu müəyyənləşib

Bakı. 10 iyul. REPORT.AZ/ Rusiyada keçirilmiş futbol üzrə Konfederasiyalar Kubokunun ən yaxşı qolu müəyyənləşib. 

"Report"un FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, azarkeşlər Meksika millisinin futbolçusu Marko Fabianın yarımfinalda Almaniya yığmasının qapısına vurduğu qolu fərqləndiriblər.

Mütləq çoxluq - 55 faiz Fabianın uzaqdan zərbəsinə səs verib.

İkinci yeri Fabianın komanda yoldaşı Raul Ximenes tutub. Ximenes qrup mərhələsində Yeni Zelandiyanı məyus edib. Üçüncü pillənin sahibi isə Portuqaliya yığmasının yarımmüdafiəçisi Rikardu Kuarejma olub. Kuarejmanın qrup mərhələsi matçında Meksikanın qapısına vurduğu qol da yüksək səs yığıb. 

Videonu izləmək üçün link .

Son xəbərlər

Orphus sistemi