Rusiyada keçiriləcək dünya çempionatı üçün ən ucuz biletin qiyməti açıqlanıb

Rusiyada keçiriləcək dünya çempionatı üçün ən ucuz biletin qiyməti açıqlanıb Həmin biletləri yalnız Rusiya vətəndaşları ala bilər
Futbol
17 İyul , 2017 14:36
Rusiyada keçiriləcək dünya çempionatı üçün ən ucuz biletin qiyməti açıqlanıb

Bakı. 17 iyul. REPORT.AZ/ Rusiyada 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyununa ən ucuz bilet 1280 rubl (hazırkı kursla 37 manat) olacaq. 

"Report"un məlumatına görə, bu barədə "Rusiya-2018" təşkilat komitəsinin sədri Aleksey Sorokin açıqlama verib. 

A.Sorokin bildirib ki, bu məbləğ FİFA ilə çoxdan razılaşdırılıb. O, ali futbol qurumundan belə biletlərin sayını çoxaltması xahişi etdiklərini söyləyib: "İstərdik ki, öz vətəndaşlarımız mümkün qədər çox bilet ala bilsinlər. Hazırda bununla bağlı danışıqlar aparırıq". 

Dördüncü (ən ucuz) kateqoriyalı bilet əldə etmə hüququna təşkilatçı ölkə vətəndaşları malikdirlər. Konfederasiyalar Kubokununda qrup mərhələsinin oyunlarına belə biletlər 960 rubla olub. Qalib adını Almaniya qazanıb. 

Qeyd edək ki, DÇ-2018 gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi