Rövnəq Abdullayev: "Prosineçkinin qalıb-qalmayacağı ilə bağlı məsələyə cari tsikldən sonra qərar veriləcək"

Rövnəq Abdullayev: "Prosineçkinin qalıb-qalmayacağı ilə bağlı məsələyə cari tsikldən sonra qərar veriləcək" "Uduzmaq heç vaxt sevindirici ola bilməz. Ona görə məyusam"
Futbol
5 Oktyabr , 2017 22:16
Rövnəq Abdullayev: Prosineçkinin qalıb-qalmayacağı ilə bağlı məsələyə cari tsikldən sonra qərar veriləcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Hər şeyi özünüz gördünüz. Uduzmaq heç vaxt sevindirici ola bilməz. Ona görə məyusam".

Bunu "Report"a açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığmasına 1:2 hesabı ilə uduzduğu görüşdən sonra deyib.

O, bildirib ki, yığmanın baş məşqçisi Robert Prosineçkinin postunda qalıb-qalmayacağı ilə bağlı cari tsikl başa çatdıqdan sonra qərar veriləcək.

R.Abdullayev "Rəşad Sadıqovun gedişindən sonra onu əvəzləyə bilən biri olacaqmı" sualına belə cavab verib: "Həyat davam edir".

Son xəbərlər

Orphus sistemi