“Qarabağ”ın futbolçusu Cənubi Afrika Respublikasının yığmasına dəvət alıb

“Qarabağ”ın futbolçusu Cənubi Afrika Respublikasının yığmasına dəvət alıb Dino Ndlovu Burkina Faso ilə matça çağırılıb
Futbol
20 Sentyabr , 2017 16:34
“Qarabağ”ın futbolçusu Cənubi Afrika Respublikasının yığmasına dəvət alıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Qarabağ” klubunun futbolçusu Dino Ndlovu Cənubi Afrika Respublikasının (CAR) yığmasına dəvət alıb.

“Report” xəbər verir ki, 27 yaşlı hücumçu baş məşqçi Stüart Baksterin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Burkina Faso ilə oyun üçün çağırdığı 25 nəfərlik heyətdə yer alıb. Bu görüş oktyabrın 7-də keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. S.Baksterin rəhbərlik etdiyi kollektiv 3 matçdan 1 xal toplamaqla sonuncu pillədədir. Rəqib isə 4 oyundan 6 xalla ilk sıradadır.

Qeyd edək ki, 2012-ci ildən CAR millisinə dəvət alan Dino Ndlovu indiyə qədər 4 matçda forma geyinib.

Son xəbərlər

Orphus sistemi