Norveç - Azərbaycan matçına azarkeş marağı xeyli aşağı səviyyədədir - FOTO

Norveç - Azərbaycan matçına azarkeş marağı xeyli aşağı səviyyədədir - FOTO Qarşılaşmanın keçirildiyi stadionun böyük hissəsi boşdur
Futbol
1 Sentyabr , 2017 22:47
Norveç - Azərbaycan matçına azarkeş marağı xeyli aşağı səviyyədədir - FOTO
Foto:Report.az

Oslo. 1 sentyabr. REPORT.AZ/ Norveç və Azərbaycan milli komandaları arasında keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçına azarkeş marağı xeyli aşağı səviyyədədir.

"Report"un Osloya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qarşılaşmanın təşkil olunduğu Ullevaal stadionunun böyük hissəsi boşdur.

Azarkeşlər arasında 50-dək azərbaycanlı da var. Onlar Azərbaycan və Türkiyə bayraqları nümayiş etdirirlər.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi