Lənkəranda Avropa İttifaqı ölkələrinin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən “Avropa günü” başa çatıb - FOTO

Lənkəranda Avropa İttifaqı ölkələrinin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən “Avropa günü” başa çatıb - FOTO Avropa İttifaqına üzv olan 15-dən çox ölkənin nümayəndə heyəti Lənkəranda təmsil olunub
Mədəniyyət siyasəti
7 May , 2017 19:43
Lənkəranda Avropa İttifaqı ölkələrinin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən “Avropa günü” başa çatıb - FOTO
Report.az

Lənkəran. 7 may. REPORT.AZ/ Bu il Azərbaycanda “Avropa günü” ilk dəfə Bakıdan kənarda, Lənkəran şəhərində, mayın 6-7-də qeyd edilib.

"Report"un Cənub bürosu xəbər verir ki, “Avropa günü” Avropa İttifaqının (Aİ) əsasını qoyan Roma Müqaviləsinin 60 illiyinə həsr olunub. Avropa İttifaqına üzv olan 15-dən çox ölkənin nümayəndə heyəti Lənkəranda təmsil olunub.

Tədbirlər planı çərçivəsində Lənkəran Dövlət Universitetində tələbələrlə görüş olub. Tələbələr Avropa İttifaqının rəsmiləri ilə Aİ-nın keçmişini, buğunun və gələcəyini, eləcə də qurumun Azərbaycan ilə olan əlaqələri barədə söhbət edib, habelə Avropa mədəniyyəti və həyatı barədə fikirlərini bölüşüblər.

Tələbə viktorinasını izləyib Aİ-nın dil müxtəlifliyi ilə tanış olmaq istəyənlərə ilkin dil kursları təklif edilib. Bununla yanaşı, Gənclər Mərkəzində mətbuat nümayəndələri üçün konfrans keçirilib.

"Avropa günü" tədbirləri axşam saatlarında Azərbaycanlı ifaçıların iştirakı ilə böyük açıq hava konserti ilə yekunlaşıb.

Mətbuat nümayəndələrinin suallarını cavablandıran Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard belə bir tədbirin paytaxtda deyil, regionda - Lənkəranda keçirilməsinə aydınlıq gətirərək bildirib ki, Aİ Azərbaycanın kənd ərazilərinin, xüsusilə də kənd təsərrüfatının inkişafında maraqlıdır. "Lənkəran şəhəri bir neçə səbəbə görə tədbirin keçiriləcəyi məkan kimi seçilib. İlk növbədə, Aİ Lənkəran rayonunun inkişafı istiqamətində öz fəaliyyətini gücləndirməkdə maraqlıdır və hazırda rayonun sosial-iqtisadi inkişafını dəstəkləyən proqram hazırlayır. İkincisi, Lənkəran şəhəri Şimal və Cənub, Şərq və Qərb arasında inkişaf etmiş müxtəlif nəqliyyat dəhlizlərinin üzərindəki strateji mövqedə yerləşir", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi