Futbol üzrə Azərbaycan milli komandasının son iki ev oyununu keçirəcəyi stadion müəyyənləşib

Futbol üzrə Azərbaycan milli komandasının son iki ev oyununu keçirəcəyi stadion müəyyənləşib Yığma San Marino və Çexiyanı Bakı Olimpiya Stadionunda qəbul edəcək
Futbol
9 İyun , 2017 10:30
Futbol üzrə Azərbaycan milli komandasının son iki ev oyununu keçirəcəyi stadion müəyyənləşib

Bakı. 9 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində keçirəcəyi son 2 ev oyununun stadionu müəyyənləşib.

“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığma sentyabrın 4-də San Marinonu və oktyabrın 5-də Çexiyanı Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Son xəbərlər

Orphus sistemi