Deniz Yılmaz: "Qrupdan çıxacağımıza inanırıq"

Deniz Yılmaz: "Qrupdan çıxacağımıza inanırıq" "Hələ irəlidə çoxlu matçımız var"
Futbol
26 Mart , 2017 22:23
Deniz Yılmaz: Qrupdan çıxacağımıza inanırıq
Courtesy İmage

Bakı. 26 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Almaniya yığmasına evdə 1:4 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra brifinq keçirib.

Türkiyə "Bursaspor"unun hücumçusu "Report"un da suallarını cavablandırıb:

- Sanki komanda yoldaşlarınla anlaşa bilmirdin...

- Xeyr, belə şey yoxdur.

- Azərbaycan millisinə böyük ümidlərlə cəlb edilsən də, ardıcıl ikinci oyuna start heyətdə başlamadın. Bu, sənin üçün problem olmadı?

- Xeyr, problem deyil. Baş məşqçi Robert Prosineçki necə qərar versə, ona hörmətlə yanaşacağam. Heyəti belə müəyyənləşdiribsə, bunun əleyhinə çıxa bilmərəm.

- Bir zamanlar Tomas Müllerlə Almaniya "Bavariya"sında birgə çıxış etmişdin. Onunla aranızda dialoqun oldu. Nədən söhbət etdiniz?

- Hələ dəyişən bir şey yoxdur. Müller köhnə komanda yoldaşımdır. Bir-birimizi yaxşı anlayırıq. Yenidən ünsiyyətdə olduğumuz üçün xoşbəxtik.

- Millinin qrupdan çıxma şanslarını necə dəyərləndirirsən?

- Pozitiv düşünürük. Hələ irəlidə çoxlu matçımız var. Qrupdan çıxacağımıza inanırıq.

Son xəbərlər

Orphus sistemi