DÇ-2018 üçüncü ən məhsuldar mundial kimi tarixə düşüb

DÇ-2018 üçüncü ən məhsuldar mundial kimi tarixə düşüb Bakı. 16 iyul. REPORT.AZ/ Rusiyada keçirilmiş futbol üzrə 2018-ci il dünya çempionatı üçüncü ən məhsuldar mundial kimi tarixə düşüb.
Futbol
16 İyul , 2018 10:37
DÇ-2018 üçüncü ən məhsuldar mundial kimi tarixə düşüb

Bakı. 16 iyul. REPORT.AZ/ Rusiyada keçirilmiş futbol üzrə 2018-ci il dünya çempionatı üçüncü ən məhsuldar mundial kimi tarixə düşüb.

“Report” xəbər verir ki, yarışda 169 qol vurulub. Bu isə DÇ-1998 və DÇ-2014-dən sonra üçüncü göstəricidir. Fransa və Braziliyada təşkil olunmuş həmin dünya çempionatlarında 171 qol qeydə alınıb.

DÇ-2018-də vurulan 169 qoldan 73-ü standart vəziyyətdən reallaşdırılıb. Bu, DÇ-1966-dan sonra ən yaxşı göstəricidir.

Qeyd edək ki, dünya çempionatının qalibi finalda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa olub. İngiltərəni 2 cavabsıq qolla üstələyən Belçika isə üçüncü yeri tutub.

Son xəbərlər

Orphus sistemi