DÇ-2018: Rusiya millisi 1/8 finala vəsiqə qazandığı üçün 20 milyon dollarla mükafatlandırılıb

DÇ-2018: Rusiya millisi 1/8 finala vəsiqə qazandığı üçün 20 milyon dollarla mükafatlandırılıb Bakı. 21 iyun. REPORT.AZ/ Rusiya milli komandası dünya çempionatındakı ilk 2 görüşündən sonra 20 milyon dollar mükafata yiyələnib.
Futbol
21 İyun , 2018 15:51
DÇ-2018: Rusiya millisi 1/8 finala vəsiqə qazandığı üçün 20 milyon dollarla mükafatlandırılıb

Bakı. 21 iyun. REPORT.AZ/ Rusiya milli komandası dünya çempionatındakı ilk 2 görüşündən sonra 20 milyon dollar mükafata yiyələnib.

"Report"un "Sport-Ekspress"ə istinadən verdiyi məlumata görə, mükafatın 8 milyon dolları açılış oyununda Səudiyyə Ərəbistanı yığması üzərində 5:0 hesablı qələbə ilə əlaqədar olub. Bunun 6 milyon dolları futbolçulara, 2 milyon dolları məşqçi və texniki işçilərə ödənilib.

Misiri 3:1 hesabı ilə yenərək 1/8 finala vəsiqə qazanması qarşılığında isə Rusiya yığmasına bu həftə 12 milyon dollar veriləcək. Bunun 9 milyon dolları oyunçulara, 3 milyon dolları məşqçi və texniki heyətə çatacaq.

Uruqvayla son tur qarşılaşması üçün isə mükafat nəzərdə tutulmayıb. Rusiya 1/4 finala yüksəlsə, daha 15 milyon dollar qazanacaq. 

Son xəbərlər

Orphus sistemi