DÇ-2018: Fransa millisinin futbolçuları üçün mükafatın məbləği bəlli olub

DÇ-2018: Fransa millisinin futbolçuları üçün mükafatın məbləği bəlli olub Bakı. 11 iyun. REPORT.AZ/ Fransa milli komandası 2018-ci il dünya çempionatının qalibi olacağı təqdirdə, futbolçulara veriləcək mükafatın məbləği müəyyənləşib.
Futbol
11 İyun , 2018 16:57
DÇ-2018: Fransa millisinin futbolçuları üçün mükafatın məbləği bəlli olub
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Fransa milli komandası 2018-ci il dünya çempionatının qalibi olacağı təqdirdə, futbolçulara veriləcək mükafatın məbləği müəyyənləşib.

“Report” “Frans Press”ə istinadən xəbər verir ki, “xoruzlar” mundialda birinci yeri tutsalar, hər oyunçuya 300 min avro ödəniləcək. Komanda finalda uduzarsa, bu məbləğ 280 min avro təşkil edəcək. Yarımfinal mərhələsi üçün isə 150 min avro nəzərdə tutulub.

Qeyd edək ki, son dünya çempionu İspaniya millisi titulunu qoruyacağı halda, hər futbolçuya 825 min avro mükafat veriləcək. Almaniya yığmasının oyunçuları üçün isə 350 min avro mükafat nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi