DÇ-2018: Azərbaycan millisi evdə və səfərdə Almaniya yığmasını məyus edən yeganə komanda olub

DÇ-2018: Azərbaycan millisi evdə və səfərdə Almaniya yığmasını məyus edən yeganə komanda olub Ramil Şeydayev milli komandanın heyətində ilk qolunu vurub
Futbol
8 Oktyabr , 2017 23:41
DÇ-2018: Azərbaycan millisi evdə və səfərdə Almaniya yığmasını məyus edən yeganə komanda olub
Report.az

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Ramil Şeydayev Azərbaycan milli komandasının heyətində ilk qolunu vurub.

"Report"un məlumatına görə, 21 yaşlı hücumçu Almaniya yığması ilə səfərdə keçirdikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçının 34-cü dəqiqəsində fərqlənib.

O, rəqib komanda müdafiəçilərini keçdikdən sonra yaxın küncə endirdiyi zərbə ilə toru silkələyib.

Bununla da Azərbaycan millisi seçmə qrup mərhələsində həm evdə, həm də səfərdə Almaniya millisini məyus edən yeganə komanda olub. Bundestim indiyədək cəmi 4 qol buraxıb ki, onların da yarısı Azərbaycanın payına düşür. 

Digər tərəfdən, bu oyunadək Almaniya öz meydanında heç bir komandadan qol buraxmamışdı. Azərbaycan millisi Bundestimə belə aqibəti yaşadan ilk komanda olub. 

Martın 26-da Bakıda keçirilmiş oyunda Dmitri Nazarov fərqlənib. Həmin oyunda Bundestim böyük hesabla qalib gəlib - 4:1. Hazırda isə hesab bərabərdir - 1:1. 

Son xəbərlər

Orphus sistemi