Yuxarı
    Bağlamaq

    ​Bu gün Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşəcək

    ¼ finalda Portuqaliya Polşa ilə üz-üzə gələcək

    Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşəcək.

    "Report"un məlumatına görə, günün tək oyununda Polşa və Portuqaliya komandaları üz-üzə gələcək.

    1/8 finalda Polşa İsveçrəni məğlub edib. 1:1 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında polşalılar daha dəqiq olaraq 1/4 finala yüksəliblər - 4:5. Portuqaliya isə əvvəlki mərhələdə Xorvatiyanı minimal hesablı qələbə ilə turnirdən kənarlaşdırıb.

    Cütün qalibi finala çıxmaq üçün Uels və Belçika komandalarının güclüsü ilə qarşılaşacaq.

    Avropa çempionatı, 1/4 final

    23:00. Polşa - Portuqaliya

    Baş hakim: Feriks Brıx

    Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp

    Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)

    Dördüncü hakim: Milorad Majiç

    Ehtiyat köməkçi hakim: Milovan Ristiç (hər ikisi Serbiya)

    Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)

    UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)

    Marsel. "Velodrom" stadionu

    Qeyd edək ki, 1/4 finalın digər oyunları 1-3 iyulda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi