"Bavariya" klubunun futbolçusu yenidən Almaniya milli komandasına dəvət oluna bilər

"Bavariya" klubunun futbolçusu yenidən Almaniya milli komandasına dəvət oluna bilər Onun martın 17-də açıqlanacağı heyətdə yer alması mümkündür
Futbol
15 Mart , 2017 09:39
Bavariya klubunun futbolçusu yenidən Almaniya milli komandasına dəvət oluna bilər

Bakı. 15 mart. REPORT.AZ/ "Bavariya" klubunun futbolçusu Coşua Kimmix yenidən Almaniya milli komandasına dəvət oluna bilər. "Report"un DPA agentliyinə istinadən verdiyi məlumata görə, baş məşqçi Yoahim Lövün martın 17-də açıqlayacağı heyətdə 23 yaşlı yarımmüdafiəçiyə də yer verməsi mümkündür.

Y.Kimmix 2016-cı il Avropa çempionatında Almaniya millisinin heyətində yer alıb. 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində ötən il sentyabrın 4-də Norveçlə görüşdə yığmada ilk qolunu vuran yarımmüdafiəçi "Bavariya"da əsas heyətə düşə bilmədiyi üçün Y.Löv son oyunlarda ona dəvət göndərməyib.

Qeyd edək ki, martın 22-də Almaniyada İngiltərə millisi ilə yoldaşlıq görüşü keçirəcək Bundestim, martın 26-da 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.  

Son xəbərlər

Orphus sistemi