“Azəristiliktəchizat” kotirovka sorğusu keçirir

“Azəristiliktəchizat” kotirovka sorğusu keçirir Şirkət texniki işlər gördürmək istəyir
Futbol
11 İyul , 2017 17:31
“Azəristiliktəchizat” kotirovka sorğusu keçirir

Bakı. 11 iyul. REPORT.AZ/ “Azəristiliktəchizat” ASC yüksəldici nasos stansiyasında 320 kilovoltluq yüksək gərginlikli elektrik mühərrikinin sarğılarının dəyişdirilməsi, digər mexaniki nasazlıqların aradan götürülməsi ilə bağlı işlərin satınalınması məqsədilə kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər şirkətin Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 3 ünvanında yerləşən inzibati binasına müraciət edə bilərlər.

Əlaqələndirici şəxs Rafiq Əliyevdir. Telefon: (+994 12) 579 52 98. Təkliflər iyulun 14-ü, saat 15:00-a qədər qəbul olunur. Zərflərin açılışı iyulun 17-də, saat 15:00-da qeyd olunan ünvanda olacaq. İddiaçıların səlahiyyətli nümayəndələri prosedurda iştirak edə bilərlər.

Xatırladaq ki, “Azəristiliktəchizat” ASC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 19,266 mln. manatdır. Şirkətin səhmləri 100% dövlətə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi